DÜNYA
Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan məhdudiyyətlər yumşaldılacaq
London, 20 yanvar , AZƏRTAC
Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan məhdudiyyətlər yanvarın 27-dən etibarən yumşaldılacaq.
AZƏRTAC xəbər verir ki, İcmalar Palatasındakı çıxışında Baş nazir Boris Conson ölkədə COVID-19 məhdudiyyətlərinin yanvarın 27-də yumşaldılacağını açıqlayıb. O, təcridlə bağlı qaydaların martın 24-dək qüvvədə qalacağını xatırladıb və bu qaydaların yenidən yenilənməsinin gözlənilmədiyini bildirib.
Yanvarın 27-dən etibarən ölkədə qapalı məkanlara girmək üçün peyvənd və ya PCR test sənədi təqdim etmə öhdəliyi qaldırılacaq, bu məsələ iş yerlərinin qərarına buraxılacaq.
Orta məktəb şagirdlərindən daha sinif otaqlarında və ictimai nəqliyyatda sərnişinlərdən maska taxmaq tələb olunmayacaq.
Evdən işləmək rejimi artıq tətbiq edilməyəcək. Qocalar evlərinə qoyulan məhdudiyyətlər yumşaldılacaq.
Bununla belə, COVID-19 testi müsbət olan şəxslərdən karantin tələb olunacaq.
Conson çıxışında bu qərarları ictimaiyyətin düzgün seçim edəcəyinə inanaraq verdiyini bildirib.
Qeyd edək ki, ölkədə ən son məhdudiyyətlər koronavirusun “omikron” variantının sürətlə yayılmasından sonra dekabr ayında tətbiq edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]