DÜNYA


Böyük Britaniyada “Dennis” fırtınası daşqınlara səbəb olub

London, 17 fevral, AZƏRTAC

Böyük Britaniyada “Dennis” fırtınası daşqınlara səbəb olub. Məktəblər, bəzi yollar şiddətli külək və su basmaları nəticəsində bağlanıb. Habelə 19 qatar şirkəti reysləri dayandırıb, eləcə də 170 uçuş ləğv edilib. Su basması nəticəsində təxminən 130 evdən sakinlər təxliyə edilib.

Vorsterşayrda bir qadının sel suları altında qaldığı güman olunur.

Təbii Sərvətlər Xidməti Uelsdə daşqınların miqyasının görünməmiş olduğunu söyləyib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.