CƏMİYYƏT


Böyük Britaniyada Pandemiya İnstitutu yaradılıb

London, 14 sentyabr, AZƏRTAC

Böyük Britaniyada Pandemiya İnstitutu yaradılıb.

AZƏRTAC xəbər verir ki, institut gələcəkdə heyvanlardan insanlara keçə biləcək xəstəlikləri araşdırmaq və vaxt itirmədən həmin virusa qarşı peyvənd hazırlamaq üçün yaradılıb.

Liverpul şəhərində fəaliyyət göstərəcək institut İnnova əczaçılıq şirkəti tərəfindən yaradılıb.

İnstitutun direktoru professor Metyu Baylis dünyanın ən böyük məlumat bazasına sahib olduqlarını və bu məlumatlardan növbəti koronavirusun hansı heyvanlar vasitəsilə ortaya çıxa biləcəyi haqqında proqnozları vermək üçün istifadə edəcəklərini bildirib.

O, qarşılarındakı vəzifənin çox böyük olduğunu söyləyib, çünki 1500 növ yarasa var və hansı heyvan növlərinin daha yaxından araşdırılmalı olduğunu 10 il içərisində öyrənə biləcəklərini deyib.

İnstitut tərəfindən yaradılacaq yeni peyvəndlər könüllülər üzərində sınaqdan keçiriləcək.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.