DÜNYA


Böyük Britaniyada “Şerlok Holms”a həsr olunmuş yeni sikkə buraxılıb

London, 14 may, AZƏRTAC

Böyük Britaniya üçün pul istehsal edən hökumətə məxsus “Royal Mint” şirkəti “Şerlok Holms” əsərinə həsr olunmuş yeni 50 qəpik təqdim edib.

Sikkə 1859-cu il mayın 22-də dünyaya gələn əsərin müəllifi Ser Artur Konan Doylun 160 illiyinə həsr olunub.

“Royal Mint”in internet saytında sikkələrin müxtəlif versiyaları var. Sikkələrin bir üzündə Şerlok Holmsun təsviri, digər üzündə isə ən məşhur sərgüzəştlərinin adları qeyd edilib.

Sikkələrin dizayneri Stefen Rov bildirib ki, mətnin sirrini anlamaq üçün yeganə yol böyüdücü şüşədən istifadə etməkdir. Bu, Holmsun ən sevdiyi avadanlıq idi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.