DÜNYA


Böyük Britaniyada daha 33 min 470 nəfər koronavirusa yoluxub

London, 14 noyabr, AZƏRTAC

Böyük Britaniyada daha 33 min 470 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, Krallıqda koronavirus səbəbindən 50 mindən çox insan həyatını itirib və bu, Avropada ən yüksək göstəricidir. Ölkədəki ümumi xəstəlik sayı 1,29 milyonu ötüb.

Baş nazir Boris Conson ölkəsinin koronavirus epidemiyasında kritik həddə olduğunu bildirib.

İnsan itkisi baxımından Krallıq, ABŞ, Braziliya, Hindistan və Meksikadan sonra beşinci yerdədir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.