DÜNYA


Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib

Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib

London, 18 fevral, AZƏRTAC

Böyük Britaniyada “Eunice” fırtınası səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin cənub-qərbində və Uelsdə küləyin sürətinin saatda 90 kilometr olacağı gözlənilir. Həmçinin bu ərazilərdə yaşayanlara daşqınlar, elektrik enerjisinin kəsilməsi və ictimai nəqliyyatın hərəkətində fasilələrin yaranması ilə bağlı xəbərdarlıq edilib.

Devon, Kornuol və Somersetdə milyonlarla insana müraciət edilərək fırtına zamanı evdə qalmağa çağırış edilib.

Uelsin bir hissəsi və İngiltərənin cənubundan Mançesterə qədər olan hissəsində qırmızı təhlükə kodu elan olunub. Güclü küləyin davam edəcəyini bildirən bu xəbərdarlıq yerli vaxtla səhər saat beşi və axşam doqquzu əhatə edir.

Uelsdəki bütün qatar xidmətlərinin fəaliyyəti dayandırılıb.

Baş nazir Boris Conson ordunun fırtınadan zərər çəkənlərə yardım etmək üçün hazır vəziyyətdə olduğunu açıqlayıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.