DÜNYA


Böyük Britaniyada fırtına və güclü qar həyatı iflic edib

Böyük Britaniyada fırtına və güclü qar həyatı iflic edib

London, 9 fevral, AZƏRTAC

Böyük Britaniyada fırtına və güclü yağan qar həyatı iflic edib.

AZƏRTAC xəbər verir ki, Krallıqda hökm sürən Darsi fırtınası və qar bəzi bölgələrdə koronavirus peyvənd mərkəzlərinin bağlanmasına və fasilələrlə işləməsinə səbəb olub.

Hidrometeorologiya Müəssisəsi, güclü şərq küləyi – Darsi fırtınası səbəbi ilə kəskin soyuq olduğunu və bəzi bölgələrdə donma hallarına rast gəlindiyini açıqlayıb.

Polis vətəndaşlara müraciət edərək, yollarda baş verəcək problemlərə görə səyahət etməmələrini məsləhət görüb.

Dəmir Yolları İdarəsi güclü yağan qar nəticəsində bəzi qatar stansiyalarının bağlanacağını bildirib.

Şotlandiya və Şimali İrlandiyada sarı hava xəbərdarlığı edilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.