DÜNYA


Böyük Britaniyada koronavirusa görə ölüm halı qeydə alınmayıb

London, 2 iyun, AZƏRTAC

Böyük Britaniyada pandemiyanın başlamasından sonra ilk dəfədir ki, koronavirusa görə ölüm halı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqda, ötən ilin mart ayından bəri ilk dəfə COVID testinin müsbət olmasından sonrakı 28 gün ərzində ölüm halı olmayıb.

Lakin ölkədə virusa yoluxmada artım müşahidə olunub. Belə ki, 3615 nəfər koronavirusa yoluxub.

Həmçinin Krallıqda 25 milyon nəfərə koronavirus peyvəndinin 2 dozası, 39 milyon nəfərə isə 1 dozası vurulub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.