DÜNYA


Böyük Britaniyada koronavirusa görə tətbiq olunan məhdudiyyətlər daha 6 ay uzadılıb

London, 23 sentyabr, AZƏRTAC

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan məhdudiyyətlər daha 6 ay uzadılıb.

Bunu Baş Nazir Boris Conson parlamentin İcmalar Palatasında çıxışı zamanı söyləyib. O, lazım gələrsə, məhdudiyyətlərin artırılacağını bildirib.

Conson qapalı məkanlarda insanların maska taxmalarının vacibliyini və toyların maksimum 15 nəfərlə keçirilməli olduğunu qeyd edib.

Qaydalara görə, restoran və klublar axşam saat 22:00-dan sonra fəaliyyətini dayandıracaq. Ofislərdə çalışan şəxslərə yenidən evdən işləmələri tövsiyə olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.