DÜNYA


Böyük Britaniyada koronavirusa ümumi yoluxanların sayı 10 milyonu ötüb

London, 3 dekabr, AZƏRTAC

Böyük Britaniyada ötən gün koronavirusa 53 min 945 yeni yoluxma faktı qeydə alınıb, 141 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bununla da Krallıqda ümumi yoluxanların sayı 10 milyonu ötüb.

Həmçinin Britaniyada bu vaxtadək 32 nəfərdə “omikron” ştamına rast gəlinib.

Ölkədə 50 milyondan çox insan birinci doza, 46 milyon insan isə iki doza peyvənd olunub.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.