DÜNYA


Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur

London, 20 iyun, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur. Ölkədə virusun Delta növünün sürətlə yayılması narahatlıq doğurur.

Krallıqda son 24 saat ərzində 10 mindən çox insan koronavirusa yoluxub, 11 nəfər həyatını itirib. London İmperial Kolleci tərəfindən aparılan araşdırma zamanı, ölkədə pandemiyanın yayılmasına səbəb kimi gənclərin hələ də peyvənd olunmaması göstərilib.

Tədqiqatçılar epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün gənclərə peyvənd vurulmasının vacib olduğunu açıqlayıblar.

Bununla bərabər, ölkədə 42 milyondan çox adama peyvəndin 1-ci dozası, 30 milyondan çox adama isə 2 doza vurulub.

Qeyd edək ki, Britaniyada artan yoluxma hallarına görə karantin qaydalarının ləğvi 4 həftə təxirə salınıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.