DÜNYA


Böyük Britaniyada koronavirusa yoluxmada artım qeydə alınıb

London, 9 iyun, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxmada artım qeydə alınıb.

Ötən gün 6 min nəfər koronavirusa yoluxub, 13 nəfər həyatını itirib. Mütəxəssislər virusa yoluxmanın artmasına səbəb kimi karantin qaydalarının yumşaldılmasını göstərirlər. Böyük Britaniyada iyun ayının 21-dən etibarən karantin rejimi ləğv olunacaq və insanların normal həyatlarına qayıtmasına icazə veriləcək.

Bununla bərabər ölkədə 40 milyon nəfərə 1 doza, 28 milyon nəfərə isə 2 doza peyvənd vurulub.

Krallıqda 25-29 yaşarası şəxslərin peyvənd olunma prosesi başlayıb. İyul ayının ortalarına qədər ölkədə yetkinlik yaşına çatmış şəxslərin peyvənd olunması nəzərdə tutulub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.