DÜNYA


Böyük Britaniyada koronavirusla əlaqədar iki ildir təxirə salınan marafonların keçirilməsinə başlanıb

London, 11 oktyabr, AZƏRTAC

Böyük Britaniyada koronavirusla əlaqədar iki ildir təxirə salınan marafonların yenidən keçirilməsinə start verilib.

AZƏRTAC xəbər verir ki, həm Londonda, həm də ölkənin ikinci ən böyük şəhəri Mançesterdə keçirilən marafonlara on minlərlə insan qatılıb.

Böyük Britaniyanın ikinci, dünyanın isə dördüncü ən böyük marafonu olaraq bilinən Mançester marafonunda Britaniya Ürək Fondu (BHF), Britaniya Milli Xərçəng Tədqiqatları Mərkəzi və Milli Səhiyyə Xidməti (NHS) kimi xeyriyyə təşkilatlarına ianələr toplanıb. “Old Trafford” stadionunun yaxınlığından start götürən Mançester marafonu sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Marafonla əlaqədar şəhərdəki bir sıra yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.