DÜNYA


Böyük Britaniyada meymun çiçəyi virusuna yoluxanların sayı 20-yə çatıb

London , 22 may , AZƏRTAC

Böyük Britaniyada meymun çiçəyi virusuna yoluxanların sayı 20-yə çatıb.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Səcid Cavid ölkədə virusa qarşı daha çox dozada effektiv peyvəndlər təqdim edildiyini açıqlayıb.

Lakin nazirlik tərəfindən nə qədər peyvəndin tələb olunacağı və ya mövcud vaksin ehtiyatının miqdarı ilə bağlı heç bir açıqlama verilməyib.

Meymun çiçəyi virusu üçün xüsusi olaraq hazırlanmış peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvəndlər meymun çiçəyi ilə oxşarlığına görə yaxşı qorunma təmin edə bilər.

Meymun çiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.

Mərkəzi və Qərbi Afrika ölkələrindən kənarda nadir hallarda müşahidə edilən meymun çiçəyi virusu Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.