CƏMİYYƏT


Böyük Britaniyada meymun çiçəyinə yoluxma qeydə alınıb

Bakı, 17 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hələ mayın 7-də daxil olmuş məlumata görə, Nigeriyadan Böyük Britaniyaya gəlmiş bir nəfərdə nadir virus infeksiyası sayılan meymun çiçəyinə yoluxma halı qeydə alınıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, meymun çiçəyinə yoluxma halı üçün səciyyəvi səpmə aşkar edilmiş xəstə müşahidə altında olub. Onunla kontaktda olmuş insanlarda xəstəlik əlamətləri hələ aşkar edilməyib. Ekspertlərin fikrincə, lazımi epidemioloji tədbirlər vaxtında görülüb, ona görə də infeksiyanın Birləşmiş Krallıqda yayılması ehtimalı azdır.

Nadir zoonoz virus infeksiyası olan meymun çiçəyi təmas və hava-damcı yolu ilə keçir. İnfeksiyanın inkubasiya dövrü adətən 6-13 gün davam edir, lakin bu müddət 21 günə qədər uzana bilər. Xəstəlik adətən yüngül formada keçir və 2-3 həftədən sonra öz-özünə sağalır. Səpmə ağrı və güclü qaşınma ilə müşayiət oluna bilər.

Nigeriyada meymun çiçəyi infeksiyası barədə məlumatlar 2017-ci ilin sentyabr ayından bəri daxil olur. Ötən illər ərzində bu ölkənin 32 ştatında 558 yoluxma və 8 ölüm faktı aşkar edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.