DÜNYA
Böyük Britaniyada millət vəkili seçiciləri ilə görüş zamanı bıçaqlanaraq öldürülüb
London, 16 oktyabr , AZƏRTAC
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından millət vəkili Ser David Amess bıçaqlanaraq öldürülüb.
AZƏRTAC xəbər verir ki, Esseks bölgə polisi Amessin öldürüldüyünü və hadisə ilə əlaqədar olaraq 25 yaşlı bir şübhəlinin saxlanıldığını açıqlayıb. 69 yaşlı Amess, Belfairdəki bir kilsədə öz seçiciləri ilə görüşü zamanı bıçaqlanıb.
Baş nazir Boris Johnson böyük bir kədər və şok içində olduğunu söyləyib. Baş nazirlik binasında bayraqlar yarıya endirilib.
1983-cü ildən bəri millət vəkili olan, Ser David “Southend West” bölgəsindən seçilmişdi. Amess evli idi və iki övladı var.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]