DÜNYA


Böyük Britaniyada növbəti dəfə karantin rejimi yumşaldılıb

London, 18 may, AZƏRTAC

Böyük Britaniyada növbəti dəfə karantin rejimi yumşaldılıb.

AZƏRTAC xəbər verir ki, 4 mərhələli planın 3-cü hissəsinə əsasən Krallıqda restoran, kafe, klublar (daxili hissəsində), kinoteatrlar, muzeylər və otellər müəyyən qaydalara riayət edərək fəaliyyətə başlayıb. Həmçinin plana görə fərqli ailələrdən olan şəxslərin görüşməsinə və bir neçə ölkəyə səyahətə də icazə verilib.

Toy və müəyyən vacib görüşlərin isə 30 nəfərin iştirakı ilə keçirilməsinə qərar verilib.

Krallıqda koronavirusa görə tətbiq olunan karantin rejimi 4 mərhələli plana əsasən sona çatır. 1-ci mərhələ martın 8-də başlayıb və təhsil müəssisələrində dərslər bərpa olunub. 2-ci mərhələ aprel ayının 12-dən başlayıb - bütün ticarət mərkəzləri, mağazalar fəaliyyətini bərpa edib.

Qeyd edək ki, Böyük Britaniyada 36 milyon nəfərə peyvəndin birinci dozası vurulub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.