DÜNYA


Böyük Britaniyada ötən gün 4 min nəfər koronavirusa yoluxub

London, 17 sentyabr, AZƏRTAC

Böyük Britaniyada ötən gün 4 min nəfər koronavirusa yoluxub.

Bu may ayından sonra qeydə alınan ən yüksək göstəricidir.

Virusa yoluxmada son günlərdə baş verən artım narahatlığa səbəb olub.

Baş Nazir Boris Conson, yoluxma sayının artmasına baxmayaraq, yenidən karantin rejiminin tətbiqinin qarşısını almaq üçün testlərin sayını artırmaq istədiyini söyləyib.

Qeyd edək ki, Baş Nazir Boris Conson ölkəsinin pandemiyanın ikinci dalğasına ciddi hazırlanmalı olduğunu söyləmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.