Böyük Britaniyada pandemiya başlayandan bəri ən çox gündəlik ölüm sayı qeydə alınıb
AzerTAg.az
London, 20 yanvar, AZƏRTAC
Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan 1610 nəfər həyatını itirib. Bu, pandemiya başlayandan bəri ən böyük göstəricidir. Krallıqda 33 min 355 nəfərin isə koronavirus testi müsbət olub.
Buna baxmayaraq, ölkədə 4 milyon 62 min 501 nəfərə peyvənd vurulub. Ölkədə dekabr ayının ortalarından başlanılan peyvənd kampaniyası sürətləndirilib. Belə ki, bəzi xəstəxanalarda günün 24 saatı və həftənin hər günü peyvənd olunmaq mümkün olacaq. Bu proses 10 gün müddətində sınaqdan keçiriləcək.
Qeyd edək ki, Böyük Britaniyada “Pfizer/BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var