DÜNYA


Böyük Britaniyada parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb

London, 13 dekabr , AZƏRTAC

Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə “exit-poll”un nəticələri açıqlanıb. Nəticələrə görə Mühafizəkarlar partiyası daha çox səs toplayıb.

AZƏRTAC xəbər verir ki, seçkilərdə Mühafizəkarlar, Leyboristlər, Yaşıllar, Liberal Demokratlar, Pleyd Kamri- Uels Partiyası ,Brexit və Şotlandiya Milli Partiyaları mübarizə aparıb.

Açıqlanan nəticələrə əsasən Mühafizəkarlar Partiyası 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 digər partiyalar isə 19 nəfərlə təmsil olunacaq.

Qeyd edək ki, Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.