DÜNYA


Böyük Britaniyada peyvənd kampaniyası sürətləndirilib

London, 18 yanvar, AZƏRTAC

Böyük Britaniyada dekabr ayının ortalarından başlanılan peyvənd kampaniyası sürətləndirilib.

Belə ki, bəzi xəstəxanalarda günün 24 saatı və həftənin hər günü peyvənd olunmaq mümkün olacaq. Bu proses 10 gün müddətində sınaqdan keçiriləcək.

Həmçinin hökumət tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dəqiqədə orta hesabla 140 nəfərin peyvənd olunduğu açıqlanıb.

Milli Səhiyyə Xidmətinin (NHS) nümayəndəsi Simon Stivens peyvəndin sürətinə və müvəffəqiyyətinə baxmayaraq, ölkədə hər dəqiqə aşkarlanan virusa yoluxma sayının daha çox olduğunu söyləyib.

Qeyd edək ki , indiyə qədər ölkədə peyvənd olunmuş insanların sayı 3,8 milyona çatıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.