DÜNYA


Böyük Britaniyada son günlər koronavirusa yoluxanların sayında artım var

London, 1 oktyabr, AZƏRTAC

Böyük Britaniyada ötən gün 7 min 108 nəfər koronavirusa yoluxub, 71 nəfər isə həyatını itirib.

Beləliklə, ölkədə virusa yoluxanların sayı 446 min 106 nəfərə çatıb. Son günlərdə baş verən artım ölkə daxilində qaydalara yenidən dəyişiklik edilməsi məsələsini gündəmə gətirib.

Bu günlərdə Parlamentdə çıxış edən Baş Nazir Boris Conson virusu məğlub etmək üçün güclü tədbirlərin görülməsi fikrini müdafiə edib.

Xatırladaq ki, virusa yoluxmanın qarşısını almaq üçün bəzi bölgələrdə lokal karantin rejimi elan edilmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.