DÜNYA


Böyük Britaniyada son sutka ərzində koronavirusdan 1564 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 1564 nəfər həyatını itirib

London, 14 yanvar, AZƏRTAC

Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan 1564 nəfər həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu, pandemiya başlayandan bəri gündəlik göstərilən ən böyük rəqəmdir.

Xalq Sağlamlıq mərkəzinin direktoru İvonne Doyl, artan ölümlərə görə ikinci dalğada ölümlərin birincidən daha çox olduğunu söyləyib.

Böyük Britaniyada 2 milyondan çox insan peyvənd olunub, lakin buna baxmayaraq ölkədə koronavirusa yoluxanların sayı 3 milyonu ötüb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.