DÜNYA


Böyük Britaniyada son sutkada 37 min 535 nəfər koronavirusa yoluxub

London, 19 yanvar, AZƏRTAC

Böyük Britaniyada, son 24 saat ərzində 37 min 535 nəfər koronavirusa yoluxub, 599 nəfər isə həyatını itirib. Krallıqda virusa yoluxanların ümumi sayı 3 milyon 395 min 959 nəfərə çatıb, 89 min 860 nəfər isə ölüb.

Ölkədə 4 milyon 62 min 501 nəfər peyvənd olunub.

Baş nazir Boris Conson hazırda Britaniyada peyvənd olunanların sayının koronavirusa yoluxanların sayından çox olmasını epidemiya ilə mübarizədə dönüş nöqtəsi adlandırıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.