DÜNYA


Böyük Britaniyada üç gündür aramsız yağışlar davam edir

London, 13 iyun, AZƏRTAC

Böyük Britaniyada 3 gündür aramsız yağışlar davam edir.

Yağışlardan əvvəl Şotlandiyada həyati təhlükə xəbərdarlığı verilib. İngiltərənin bir çox bölgələrinə kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıqlar olunub. Ölkənin Ətraf Mühit Agentliyi 49 daşqın xəbərdarlığı verərək dərhal hərəkətə keçib.

Şiddətli yağış və sel daşqınları səbəbindən Uelsdə dəmiryol xidmətləri işini dayandırıb. Şənbə gününə qədər kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.