DÜNYA


Böyük Britaniyada varlı əcnəbilər barədə təhqiqat başlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Böyük Britaniyanın Cinayətkarlığa Qarşı Mübarizə üzrə Milli Agentliyi (NCA) ölkədə yaşayan və aralarında rusların da olduğu 140 imkanlı şəxs barədə təhqiqata başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda agentlik onların haqqında lazımi informasiya toplayır və 2018-ci ildə qüvvəyə minən qanunvericiliyə əsasən, kapitallarının mənbəyi barədə informasiya tələb edir.

Qeyd edək ki, NCA ötən ilin yanvar ayından Birləşmiş Krallıqda 50 min funt-sterlinqdən yuxarı daşınmaz əmlak və aktivə malik xarici vətəndaşlardan kapitalın mənbəyi barədə informasiya tələb etmək hüququna yiyələnib. Agentliyi razı salacaq məlumatları təqdim edə bilməyən sahibkarın əmlakına həbs qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.