SİYASƏT


Böyük Britaniyadakı soydaşlarımız “Amnesty İnternational” təşkilatının ofisinin qarşısında aksiya keçiriblər VİDEO

London, 16 oktyabr, AZƏRTAC

Böyük Britaniyada yaşayan həmvətənlərimiz Londonda yerləşən “Amnesty İnternational” təşkilatının (Beynəlxalq İnsan Hüquqları) ofisinin qarşısında aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata beynəlxalq təşkilatların münasibət bildirmələrini tələb ediblər. Soydaşlarımız təşkilata yolladıqları məktublara cavab verilməsini tələb ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.

Aksiyada çıxış edən Şahin Vəlisoy deyib: “Ermənilərin azərbaycanlılara qarşı təxribatları bizi məhv edə bilməz. Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq, biz buna imkan verməyəcəyik. Yaşadıqlarımızı unutmayacağıq və işğalçını birlikdə dayandıracağıq. Bizim üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda dalğalanacaq”.

Aksiya iştirakçıları “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün ədalət!”, “Biz sülh istəyirik, biz ədalət istəyirik!”, “Ermənilər Azərbaycan torpağını tərk etsinlər!” kimi şüarlar səsləndirib, Ermənistanın təcavüzünə son qoyulmasına çağırış ediblər.

Vətəndaşlarımızın haqlı çağırışlarını görən “Amnesty İnternational” təşkilatının üzvləri onların tələblərini dinləyiblər.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.