Böyük Britaniyadan işsizlərin sayı 2.6 milyona çatıb
AzerTAg.az
London, 26 noyabr, AZƏRTAC
Böyük Britaniyada işsizlərin sayı 1 milyon artaraq 2.6 milyona çatıb.
Ölkədə işsizlik nisbətinin 7,5 faizə çatacağı gözlənilir.
Maliyyə naziri Rişi Sunak parlamentdəki İcmalar Palatasında büdcə xərcləri üçün müvəqqəti tənzimləmələri, koronavirus epidemiyasının səbəb olduğu fövqəladə vəziyyətin davam etdiyini və iqtisadiyyatda müşahidə olunan çətin vəziyyətin yeni başladığını söyləyib.
Hökumətin xarici borcunun 2020-ci ildə 394 milyard funt-sterlinqə yüksəldiyini bunun İkinci Dünya müharibəsindən sonra qeydə alınan ən yüksək məbləğ olduğunu qeyd edib.
Rişi Sunak büdcədən bu ilin sonuna qədər koronavirusla mübarizə üçün 280 milyard funt sterlinq ayrıldığını bildirib.
Nazir həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri xaricində dövlət işçilərinin maaşlarının artırılmayacağını da açıqlayıb.
Rəsmi məlumatlara görə Britaniyada 1.62 milyon işsiz insan var.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var