SİYASƏT


Böyük Britaniyanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib

Qəbələ, 28 avqust (AZƏRTAC). Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq tanışlıq məqsədilə avqustun 28-də Qəbələ rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açılıb.

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa Qəbələnin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, füsunkar təbiətin qoynunda yerləşən bu gözəl məkan irimiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Qəbələdə keçirilən mühüm əhəmiyyətli tədbirlər burada inkişaf tempinin artmasında müstəsna rol oynayır. Rayonda yaradılan istehsal müəssisələri və açılan yeni iş yerləri əhalinin məşğulluğunun subyekti və Qəbələnin inkişaf dinamikasının tərkib hissəsi kimi diqqətə çatdırılıb.

Səfirə məlumat verilib ki, bu gün Qəbələdə turizm infrastrukturu mühüm sahələrdən biri hesab olunur. Turizm infrastrukturunda yaradılan şəraitin nəticəsində buraya istirahət etmək üçün gələn turistlərin sayı ildən-ilə artır.

Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir İrfan Siddiq Qəbələ rayonuna gəlişinin tanışlıq məqsədi daşıdığını bildirib. Qəbələ rayonunun geniş potensial imkanlara malik olması barədə çox eşitdiyini və bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran diplomat görülən işləri yüksək qiymətləndirib.

Görüşdə tərəflər arasında bir sıra sahələrə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.