DÜNYA


Böyük Britaniyanın Baş naziri İsveçə səfər edib

London , 11 may , AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-ya üzv olmağı planlaşdıran İsveçə səfər edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir İsveçdən sonra Finlandiyaya gedəcək.

Səfərlər zamanı Baş nazir hər iki ölkənin liderləri ilə görüşərək Avropanın təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək.

“Biz NATO-ya üzvlük kimi məsələlərdə qərar qəbul etmək üçün ölkələrin demokratik imkanlarını dəstəkləyirik. İsveç və Finlandiyanın mövqelərini başa düşürük. Buna görə də səfər zamanı daha geniş təhlükəsizlik məsələləri müzakirə ediləcək”, - deyə Britaniya Baş nazirinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Finlandiyanın Baş naziri Sanna Marin və İsveçin Baş naziri Maqdalena Andersson aprelin 13-də Stokholmda görüşərək NATO-ya üzvlük məsələsini müzakirə ediblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.