DÜNYA


Böyük Britaniyanın Baş naziri Tereza Mey Jan-Klod Yunkerlə görüşəcək

London, 6 fevral, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey cümə axşamı Brüsseldə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.

Görüşün əsas məqsədi Brexitlə bağlı Britaniyanın yeni güzəştlər əldə etməsinə nail olmaqdır.

Baş nazirin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa İttifaqının baş müzakirəçisi Maykl Barniyer ilə görüşü də nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqı Brexit müqaviləsini yenidən müzakirə etməyəcəyini açıqlamışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.