DÜNYA
Böyük Britaniyanın Kral sikkəxanası 50 funt nominalında olan xatirə sikkələri buraxıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Kral sikkəxanası məşhur dramaturq Uilyam Şekspirin şərəfinə yeni gümüş sikkə kolleksiyası buraxıb.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bu, dramaturqun həyat və yaradıcılığı haqqında xatirə sikkələri seriyasından sonuncu sikkədir. Sikkənin nominal dəyəri 50 funt-sterlinqdir. Sikkəxanadan bildirilir ki, bütün xatirə sikkələri qanuni ödəniş vasitəsi sayılır.
Sikkənin dizaynını tanınmış heykəltəraş Con Berqdel hazırlayıb. Sikkənin avers hissəsində dizaynı sikkəxananın oymaçısı Codi Klarka məxsus Kraliça II Yelizaveta, revers hissəsində isə ənənəvi teatr maskaları təsvir olunub.
Uilyam Şekspirin şərəfinə hazırlanmış xatirə sikkələrinin bütün seriyalarını Böyük Britaniyanın Kral sikkəxanasının rəsmi saytında sifariş etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]