SİYASƏT
Böyük Britaniyanın “The Independent” qəzetində Azərbaycanla bağlı xüsusi hesabat dərc edilmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Böyük Britaniyanın “The Independent” qəzeti Azərbaycanla bağlı xüsusi hesabat dərc etmişdir.
“The Report” müstəqil media şirkəti tərəfindən hazırlanmış “Azərbaycan - yüksələn feniks” adlı hesabatda ölkəmizin son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirməsindən bəhs edilir.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, hesabatda Azərbaycanın Baş nazirinin müavini, xarici işlər, iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları, gənclər və idman, mədəniyyət və turizm nazirləri ilə müsahibələr də yer almışdır. Həmçinin ölkəmizin iqtisadi potensialı, artan beynəlxalq rolu, xarici siyasət kursu, turizm potensialı haqqında ətraflı məlumat verilmişdir.
Hesabatla www.the-report.net/azerbaijan linkindən tanış olmaq mümkündür.