DÜNYA
Böyük Britaniyanın "ən eybəcər" binasının adı açıqlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Londonun Docklands ərazisində yerləşən "Lincoln Plaza" bu ilin "Carbuncle Cup - Çiban Kuboku" mükafatına layiq görülüb. Bu o deməkdir ki, bu bina hazırda Britaniyada ən eybəcər tikili hesab olunur.
AZƏRTAC “bbc.com”a istinadla xəbər verir ki, münsiflər heyətinin fikrincə, bu bina "sarsıdıcı, narahatedici və qarmaqarışıq" bir tikilidir. "Lincoln Plaza"nı tikənlər isə belə düşünmür və onu yaşayış üçün mükəmməl bina hesab edir.
Mükafatı "Building Design" jurnalı təqdim edib. Ötən il bu mükafata "Walkie Talkie" ("Ratsiya telefonu") ləqəbi verilmiş "City of London" göydələni layiq görülüb.
"Building Design" jurnalı bu mükafatı 2006-cı ildə "ciddi problemə - ölkənin şəhər və kəndlərini eybəcərləşdirən arxitekturaya diqqət cəlb etməyin yüngül yolu" olaraq təsis edib.
"Lincoln Plaza"nı tikib idarə edənlər isə bu mükafatdan narahat deyil. Evlərin qiyməti yarım milyon funt sterlinqdən başlayır və binada demək olar ki, bütün mənzillər satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]