Böyük Britaniyanın ixracat naziri: “Azərbaycanla birgə fəaliyyət üçün daha çox imkanların olacağına inanırıq”
AzerTAg.az
London, 17 iyun, AZƏRTAC
“Qarşıdakı illərdə Böyük Britaniya və Azərbaycanın birgə fəaliyyəti üçün daha çox imkanların olacağına inanırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın ixracat naziri Mayk Freer deyib.
Nazir bildirib ki, “Son 30 ildə ölkələrimiz arasında bütün sahələrdə davam sıx əməkdaşlıq enerji sahəsində xüsusi müşahidə olunur.
Lakin biz işğaldan azad olunan ərazilərin də bərpa olunmasının tərəfdarıyıq. Ancaq ilk olaraq ərazilərin minalardan təmizlənməsi lazımdır. Bundan sonra o ərazilərdə investisiya layihələri həyata keçirmək olar”.
Freer işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin Azərbaycan hökumətinin prioritet məsələlərindən biri olduğunu müşahidə etdiyini bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var