DÜNYA


Böyük Britaniyanın keçmiş Brexit naziri Mühafizəkarlar partiyasının liderliyi postuna namizədliyini irəli sürüb

London, 26 may, AZƏRTAC

Böyük Britaniyanın keçmiş Brexit naziri Dominik Raab Mühafizəkarlar partiyasının liderliyi postuna namizədliyini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, Dominik Raab və Andrea Lidsom hakim partiya rəhbərliyinə namizəd olan sonuncu millət vəkilləridir. Qeydə alınan 5 namizədlə partiya rəhbərliyi uğrunda mübarizə aparacağını bildirən Dominik Raab oktyabrın 31-də ölkənin Avropa İttifaqını tərk etməli olduğunu söyləyib.

Qeyd edək ki, Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün 2018-ci ilin noyabr ayında istefa vermişdi.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.