DÜNYA


Böyük Britaniyanın sərt karantin rejimindən çıxış planı açıqlanıb

London, 23 fevral, AZƏRTAC

Böyük Britaniyanın sərt karantin rejimindən çıxış planı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Boris Conson Parlamentin İcmalar Palatasında çıxış edərək ölkəsində karantin rejiminin yumşaldılması haqqında məlumat verib.

Krallıqda koronavirus məhdudiyyətlərinin martın 8-dən etibarən 4 mərhələdə qaldırılması planlaşdırılır.

Birinci mərhələdə martın 8-dən başlayaraq Krallıqda bütün məktəblər açılacaq və iki nəfər açıq havada görüşə biləcək.

Martın 29-dan etibarən iki fərqli ailədən olan insanlar və açıq havada altı nəfər görüşə biləcək, həmçinin açıq havada idmana icazə veriləcək.

İkinci mərhələ aprelin 12-dən başlayacaq və bərbərlər, restoran və kafelər açılacaq.

Üçüncü mərhələ mayın 17-dən etibarən qüvvəyə minəcək. İki fərqli ailədən olan insanların otaqda görüşməsinə icazə veriləcək. Kinoteatrlar və otellər açılacaq, konsertlər və idman yarışları başlanacaq.

Dördüncü və son mərhələyə iyunun 21-də keçiləcək. Bu dövrdə altı nəfərlik görüşlər 30 nəfərə qədər artırılacaq, sosial təmasda olan bütün qanuni məhdudiyyətlər götürüləcək və gecə klubları fəaliyyətə başlayacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.