İQTİSADİYYAT


Böyük Britaniyanın ticarət naziri Azərbaycana səfərə gəlir

Bakı, 7 dekabr, AZƏRTAC 

Dekabrın 14-15-də Böyük Britaniyanın ticarət naziri Baronessa Rona Feyrhed Azərbaycanda səfərdə olacaq.

Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcək. Xanım Rona Feyrhed birgə Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədridir. Azərbaycan tərəfindən isə birgə Hökumətlərarası Komissiyaya iqtisadiyyat naziri Şahin Mustafayev həmsədrlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.