DÜNYA


Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub

London, 25 noyabr, AZƏRTAC

Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub.

Belə ki, dekabrın 15-dən sonra yüksək virus riskli ölkələrdən gələn sərnişinlərin beş günlük karantindən sonra koronavirus testindən keçməsinə və cavab mənfi olduqda səyahətlərinə davam etmələri açıqlanıb. Testdən keçmək istəməyənlər isə 14 gün ərzində özlərini təcrid etməli olacaqlar.

Dekabrın 15-dən ölkəyə təyyarə, bərə və ya qatarla səyahət edən şəxslər yeni qaydadan yararlana biləcəklər. Testdən keçmək istəyənlər müəyyən məbləğdə vəsait ödəyəcəklər.

“British Airways” şirkəti yeni qaydanı düzgün istiqamətdə atılmış əhəmiyyətli bir qərar kimi dəyərləndirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.