Böyük Britaniyaya səfər edən əcnəbilərin sayında artım müşahidə olunur
AzerTAg.az
London , 27 iyun , AZƏRTAC
Böyük Britaniyaya səfər edən əcnəbilərin sayı pandemiyadan sonra 27 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada COVID-19 ilə əlaqədar səyahət məhdudiyyətlərinin yumşaldılması ilə ziyarətçilərin sayında böyük artım müşahidə olunub. Milli Statistika İdarəsi apreldə Britaniyaya səfər edən əcnəbilərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 dəfə artdığını açıqlayıb.
Ötən ilin aprelində ölkəyə 81 min turist səfər etmişdisə, bu ilin eyni dövründə səfər edənlərin sayı 2,1 milyon olub. Bu insanların Böyük Britaniyada xərclədiyi pul da ötən illə müqayisədə 14 dəfə artaraq 1,7 milyard funta çatıb.
Qeyd edək ki, 2019-cu ilin aprel ayında Böyük Britaniyaya 3,2 milyon əcnəbi səfər edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var