CƏMİYYƏT
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı birinci beynəlxalq gənclər düşərgəsi təşkil edəcək
Bakı, 19 iyul, AZƏRTAC
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı birinci beynəlxalq gənclər düşərgəsi təşkil edəcək.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi dünyada baş verən münaqişələrin, ölkələr, mədəniyyətlər arasındakı ziddiyyətlərin fonunda multikultural ənənələrin müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun formalaşmasına yardımçı olmaqdır.
Müxtəlif mədəniyyət, dini baxışları olan tarixi İpək Yolu ölkələrindəki gənclərin düşərgədə bir araya gələrək öz fikirlərini bölüşməsi üçün platformanın yaradılması əsas məqsədlərdən biridir. Eyni zamanda, bu düşərgə bir həftəlik proqram vasitəsilə sülh içində birlikdə yaşamaq, mədəniyyətlərarası təcrübə, tolerantlıq, multikulturalizm, inteqrasiya, anlaşma və öyrənmək üçün imkanlar yaradır.
Düşərgədə iştirak edəcək gənclər sonrakı dönəmdə öz ölkələrində belə layihələrlə gənclər arasında təbliğat işini həyata keçirəcəklər. Layihənin davamlılığı üçün əməkdaşlıq şəbəkəsinin yaradılması nəzərdə tutulub.
Layihəyə müraciət etmək üçün aşağıdakı linkə (http://m.uploadedit.com/ba3s/1468320242710.docx) daxil olub formanı doldurmaq və CV ilə birlikdə e-mail ([email protected]) ünvanına göndərmək lazımdır.