ELM VƏ TƏHSİL


Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyalar öyrənilib

Bakı, 25 iyun, AZƏRTAC 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun geofizika mühəndisliyi üzrə ixtisaslaşdırılmış Elmi Şurasında magistr dissertasiyasının onlayn müdafiəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Müasir geodinamika və kosmik geodeziya şöbəsinin böyük laborantı, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları ixtisası üzrə magistr təhsili alan Xublar Fətəliyeva “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövriliyin təhlili (Şəki Qravitasiya stansiyası timsalında)” mövzusunda dissertasiya işini komissiyanın iclasında təqdim edib. Tədqiqatın məqsədi Şəki qravitasiya stansiyası məlumatlarından istifadə edərək Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının tədqiqi əsasında Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyaların öyrənilməsidir.

Xublar Fətəliyeva vurğulayıb ki, Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının öyrənilməsi yüksək dəqiqlikli işlərdə, neft-qaz və su borularının çəkilməsi kimi inşaat işlərində olduqca böyük əhəmiyyətə malikdir.

Təqdimatdan sonra magistr komissiya üzvlərinin suallarını cavablandırıb.

Komissiya üzvləri dissertasiya işini 92 balla qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.