MƏDƏNİYYƏT


“Böyük Qayıdış” film layihələri müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 30 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq mərhələsi Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəffaflığın qorunması məqsədilə fondun rəsmi yutub kanalı vasitəsilə canlı yayımlanıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib, 7 münsifdən 2-si bitərəf qalıb, 5-nin səs çoxluğu ilə 11 layihə qalib seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.