MƏDƏNİYYƏT


“Böyük Qayıdış” müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti -pitçinq mərhələsi keçiriləcək .

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.