ELM VƏ TƏHSİL


“Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda torpaq və su tədqiqatları aparılır

Bakı, 6 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “En Pro Sol” MMC arasında bağlanmış müqaviləyə əsasən işğaldan azad olunmuş ərazilərdə torpaq və su tədqiqatları aparılır.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən layihənin icrası məqsədilə institutun əməkdaşları və şirkətin nümayəndələri Ağdam rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin su təsərrüfatı layihələrinə aid olan məlumatların əldə edilməsi olub. Səfər zamanı vizual müşahidələr aparılıb, kəsimlər qoyulub, torpaq və su nümunələri götürülüb. Hazırda tədqiqat işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.