MƏDƏNİYYƏT


Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “Manon Lesko” operası oynanılacaq

Bakı, 23 iyul, AZƏRTAC

Noyabrın 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operasının premyerası olacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, noyabrın 7-də və 9-da səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Xalq Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Azərbaycanın Xalq Artisti Yusif Eyvazov (tenor) ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.

Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İtaliyada Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib. Y.Eyvazov Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb, Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.