MƏDƏNİYYƏT


Böyük Teatrda azərbaycanlı musiqiçinin iştirakı ilə “İolanta” operası oynanılacaq

Bakı, 18 avqust, AZƏRTAC

Oktyabrın 5-6-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində mavritaniyalı həkim İbn Hakianın partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.