SİYASƏT


Böyük Vətən Müharibəsi veteranları üçün xeyriyyə aksiyası

Moskva, 23 dekabr (AZƏRTAC). Moskvada “Pobeda” Böyük Vətən Müharibəsi, əmək veteranlarının, kimsəsiz uşaqların, uşaq müalicə müəssisələrinin dəstəklənməsinə dair Xeyriyyə Fondunun təşkilatçılığı ilə tədbir keçirilmişdir. Fondun rəhbəri azərbaycanlı sahibkar Famil Ağayevdir.

Yeni il ərəfəsində keçirilən gecəyə 50-dən çox Böyük Vətən Müharibəsi veteranı dəvət olunmuşdu. Onların əksəriyyəti Qara dəniz Donanmasının veteranları və Bakı hərbi-dəniz məktəbinin müəllimləri və məzunları idi.

Famil Ağayev veteranları salamlayaraq demişdir ki, gələcək nəsillər veteranlara həmişə hörmət və ehtiramla yanaşacaqlar. Veteranlara qayğı göstərmək hər bir vətəndaşın borcu, gənc nəsil üçün yaxşı nümunədir.

Gecənin sonunda veteranlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Ötən il yaradılmış “Podeda” Fondu veteranlara, uşaq evlərinə, aztəminatlı ailələrə, xəstə uşaqlara yardım məqsədi ilə onlarca xeyriyyə aksiyası keçirmişdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.