ORDU
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Müdafiə Nazirliyinin şəxsi heyətinin bir qrupu Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bakıda keçirilən anım mərasimlərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.
Bayram mərasimləri bütün qarnizonlarda və iri şəhərlərdə də keçirilib.