ELM VƏ TƏHSİL


Böyük alim, akademik Cəlal Əliyevin xatirəsi anılıb

Bakı, 30 iyun, AZƏRTAC

Bu gün böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyev məktəbinin yetirmələri hər il olduğu kimi, müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Botanika İnstitutunun, Mikrobiologiya İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və digər təşkilatların əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.